aze | eng | rus
İŞƏ DÜZƏLTMƏ VƏ HR

İŞƏ DÜZƏLTMƏ VƏ HR

İxtisaslı işçi heyətinin şirkətə cəlb edilməsi hər bir müəssisə və ya təşkilatın uğurlu işinin tərkib hissələrindən biridir. Bunda Sizə işədüzəltmə agentliklərimiz kömək edə bilər.

Heyətin seçilməsi üzrə xidmətdən nə zaman istifadə etmək məqsədəuyğundur?

  • Təcili olaraq şirkətin tələblərinə cavab verən, peşəkar biliklərə və təcrübəyə malik əməkdaş tələb olunduqda;
  • Şirkətin işçi heyəti üzrə rəhbəri və ya menecerinin namizədlərin axtarışında çoxlu sayda telefon zəngləri və müsahibələrə sərf edilən vaxtına qənaət etmək lazım gəldikdə;
  • Mütəxəssislərin Head hunting metodu ilə cəlb edilməsini təmin etmək və ya agentliyin məlumat bazası ilə işləmək lazım gəldikdə;
  • Müəyyən mütəxəssis bazarı barədə məlumat və ya peşəkar məsləhət tələb olunduqda.

"V.E.S. Consultancy LLC" konsaltinq şirkəti işçi heyətinin axtarışını, seçimini və qiymətləndirilməsini peşəkarcasına həyata keçirir. Marketinq, biznes-planlaşdırma, hüquqi yardım sahəsində konsaltinq xidmətlərinin göstərilməsi təcrübəsi müxtəlif peşə və ixtisasa malik mütəxəssisləri seçməyə imkan verir.

Biz müştərilərə bazarda mövcud vəziyyət, biznesin müxtəlif sahələrinin mütəxəssisləri, əmək haqlarının cari səviyyəsinə dair məsləhətlər verir və bunun əsasında yeni əməkdaşın optimal seçim meyarlarını müəyyən edirik. Bundan sonra çoxlu sayda namizədlərin arasından şirkətinizin inkişafı və uğur qazanması üçün əzmlə çalışacaq mütəxəssisləri seçirik.

İşçi heyətinin seçimi aşağıdakı sahələrdə aparılır:

  • Maliyyə, bank xidmətləri;
  • Hüquq xidmətləri;
  • Neft-qaz sənayesi;
  • İnformasiya texnologiyaları;
  • Təşkilat fəaliyyətinə inzibati dəstək.

İşçi heyətinin axtarışı və seçimi proseduru aşağıdakı kimi həyata keçirilir:

  1. Sifarişçi ilə şəxsən görüş, şirkətlə və onun korporativ mədəniyyəti, idarəetmə üsulu ilə tanışlıq, vakant vəzifənin və tələb edilən mütəxəssisin hərtərəfli müzakirəsi; mütəxəssisin seçilməsi üçün ərizənin təfsilatı ilə doldurulması;
  2. Mütəxəssis axtarışı (KİV, internet, şirkətin məlumat bazası, birbaşa axtarış, şəxsi əlaqələr);
  3. Namizədlərin ilkin seçimi – nəticələrin təhlili, telefonla qısa müsahibə;
  4. Seçimin ikinci mərhələsi – namizədlərlə müsahibə (əvvəlki iş təcrübəsinin hərtərəfli təhlili), peşəkar biliklərin və səriştələrin müəyyən edilməsi üçün sınaqların keçirilməsi, rəylərin yoxlanması;
  5. Sifarişçiyə işçi haqqında müfəssəl arayışın və hər bir namizədə dair menecerin şərhi ilə sifarişdə göstərilən tələblərə cavab verən 3-5 ən layiqli namizədin şəklinin təqdim edilməsi;
  6. Sifarişçi şirkətdə namizədlərlə müsahibənin keçirilməsi; şirkət tərəfindən ən layiqli namizədin seçilməsi;
  7. Mütəxəssisin işə başlaması;
  8. Təminat hdəlikləri: əgər mütəxəssis sınaq dövrünü müvəffəqiyyətlə başa vurmasa, onun yeni mütəxəssislə əvəzlənməsi ödənişsiz həyata keçirilir.

Şirkətimizin əsas xüsusiyyəti heyətin təşkilatın ştatından kənarlaşdırılması üzrə xidmətin göstərilməsidir. Bu, şirkətlərə əsas heyətin faktiki sayını dəyişmədən işçilərin muzdla cəlb edilməsi hesabına əməkdaşların sayını tənzimləməyə (artırmağa və ya azaltmağa) imkan verir. Bu xidmət növü sifarişçi şirkətlər üçün xüsusilə əlverişlidir, çünki üzərinə heç bir öhdəlik götürmədən potensial əməkdaşı qiymətləndirmək imkanı əldə edir.

Bu xidmət çərçivəsində "V.E.S Consultancy LLC" öz üzərinə aşağıdakı öhdəlikləri götürür:

  • işçilərin şirkətin ştatına qəbul edilməsi və onlarla əmək müqavilələrinin bağlanması;
  • əmək kitabçalarının aparılması;
  • əmək haqqının hesablanması və verilməsi, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş fondlara ayırmaların edilməsi;
  • əmrlərin, ştat cədvəlinin rəsmiləşdirilməsi;
  • hər bir əməkdaşın şəxsi işinin rəsmiləşdirilməsi və aparılması.

HR üzrə xidmətlər

"V.E.S. Consultancy LLC" şirkəti kadrlarla işlərin Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun şəkildə aparılması xidmətləri təklif edir. Zərurət yaranarsa, şirkətimizin mütəxəssisləri audit yoxlamasını da həyata keçirə bilərlər. Bu yoxlama zamanı kadr işinin aşağıdakı istiqamətlərdə düzgün aparılması barədə tövsiyələr verilir:

  • bütün daxili sənədlərin hazırlanması;
  • əmək müqavilələrinin hazırlanması və bağlanması;
  • kadrlar üzrə əmrlərin hazırlanması (işə qəbul, işdən azad edilmə, başqa vəzifəyə keçirilmə, əməkdaşların məzuniyyəti);
  • ştat cədvəlinin hazırlanması və tərtibatı;
  • əmək kitabçalarının rəsmiləşdirilməsi;
  • kadrlar üzrə xarici hesabatların hazırlanması və s.