aze | eng | rus
MARKETİNQ TƏDQİQATLARI

MARKETİNQ TƏDQİQATLARI

Marketinq tədqiqatları nəyə lazımdır? Aşağıda göstərilən məsələlər Sizi maraqlandırırsa və onlara cavab tapmaq istəyirsinizsə, şirkətimizin marketinq şöbəsinə müraciət etməyinizi məsləhət görürük.

  • Bazarın müəyyən sahəsində payınızı artırmaq istəyirsiniz?
  • Satış üçün daha münasib bazarları qiymətləndirmək istəyirsiniz?
  • Birbaşa rəqiblərinizin kim olduğunu bilmək istəyirsiniz?
  • Məhsulunuzu yeni bazarlara çıxarmaq lazımdırmı?
  • Şirkətin gəlirini artırmaq istəyirsiniz?
  • Satış həcminin kəskin aşağı düşməsinin səbəbini bilmək istəyirsiniz?
  • Bazara yeni məhsul çıxarmaq istəyirsiniz?
  • İnvestisiya qoymaq nöqteyi-nəzərindən yeni obyektin yerləşdiyi yeri qiymətləndirmək lazımdırmı?

Biznes aləmi bugünki kimi heç vaxt sürətlə inkişaf etməyib. Liderliyə yalnız dərin nəzəri hazırlıq, xüsusi kommunikasiya bacarıqları və açılan imkanlardan yaradıcı bəhrələnməklə nail olmaq olar. Dürüst məlumat olmadan bunlara nail olmaq mümkün deyil. Bu səbəbdən bugün biznesdə müvəffəqiyyət qazanmaq üçün marketinq tədqiqatları zamanı əldə edilən informasiyadan effektiv istifadə etmək lazımdır.

Bu məlumatı əldə etmək üçün bizim:

  • İstənilən mürəkkəblikdə sorğu keçirməyi bacaran peşəkarlardan ibarət heyətimiz;
  • Məlumatların emalı və təhlili sahəsində təcrübəli mütəxəssislərimiz;
  • Məlumatın işlənməsi və çoxaldılması üçün müasir texniki avadanlıqlarımız;
  • Marketinq tədqiqatları sahəsində səriştəli mütəxəssislərimiz vardır.

"V.E.S. Consultancy LLC" konsaltinq şirkəti Sizə marketinq xidmətlərinin geniş çeşidini təklif edir. Eyni zamanda, biz başa düşürük ki, hər bir problemi aradan qaldıra biləcək unikal həll yoxdur. Biz, hər bir müştərinin xüsusi tələblərinə və onun marketinq sifarişinin spesifikasına cavab verən tədqiqat layihələri hazırlayırıq. Biz müştəriləri yalnız düşünülmüş və gerçək həlləri tapmağa imkan verən marketinq məlumatları ilə təmin edirik.

Aşağıdakı xidmətləri təklif edirik:

  • Bazarın, onun ayrı-ayrı sahə və seqmentlərinin analitik icmalı;
  • Bazarın potensial həcminin hesablanması və əsaslandırılması;
  • Bazarın seqmentləşdirilməsi;
  • Ticarət nişanının təhlili;
  • İstehlak tələblərinin təhlili və tələbatın proqnozlaşdırılması;
  • Qiymətlərin təhlili və qiymət strategiyalarının hazırlanması;
  • Rəqabət mühitinin öyrənilməsi: rəqiblərin təhlili, tərəfdaşların/təchizatçıların seçiminə əsasən tövsiyələr;
  • Təkliflərin az olduğu və rəqabət səviyyəsi aşağı olan bazar sahələrinin müəyyən edilməsi;
  • Məhsulun mövqeyinin müəyyən edilməsi;
  • Məhsulun irəliləmə strategiyasının hazırlanması: reklam, satışın tənzimlənməsi;
  • Marketinq strategiyalarının hazırlanması;
  • Ticarət, ticarət-əyləncə, ticarət-ofis mərkəzlərinin konsepsiyalarının hazırlanması;
  • İnvestisiya layihələrinin marketinq əsaslandırılması.

Tam konfidensiallığı, icra zamanı fərdi yanaşmanı, həmçinin layihənin əlverişli qiymətini təmin edirik. Xidmətlərimiz həm böyük şirkətlər, həm də məhdud büdcəyə malik kiçik və orta biznes strukturları üçün əlverişlidir.