aze | eng | rus
MALİYYƏ KONSALTİNQİ

MALİYYƏ KONSALTİNQİ

"V.E.S. Consultancy LLC" konsaltinq şirkəti autsorsinq prinsiplərinə əsaslanan mühasibat uçotunun aparılması üzrə peşəkar xidmət göstərir.

Mühasibat autsorsinqi – biznes-proseslərin optimallaşdırılması məqsədilə müəssisənin mühasibat uçotunun aparılmasını kənar mütəxəssislərə həvalə edilməsidir. Mühasibat autsorsinqi şirkətlərə əsas diqqəti şəxsi bizneslərinə yönəltməyə və idarəetmə, maliyyə xərclərini minimuma endirməyə imkan verir. Mühasibat uçotunu bu sahədə ixtisaslaşmış şirkətə etibar etməklə siz biznesiniz üçün bir sıra üstünlüklər əldə etmiş olursunuz.

Standart vəziyyəti təsəvvür edək: mühasib bu və ya digər səbəbdən şirkəti tərk etdiyi üçün yeni işçi dəvət etməli olmusunuz. Belə vəziyyətdə məlumatların və ya sənədlərin itirilməsi təhlükəsi yaranır ki, bu da, bir qayda olaraq, yalnız vergi müfəttişləri gəldikdə bəlli olur.

Mühasibat uçotunun aparılmasını ixtisaslaşmış konsaltinq şirkətinə tapşırıqda isə heç bir sənəd itmir. Çünki, bütün ilkin sənədlər Sizə qaytarılsa belə (və onlar sonradan itsə), üstündən bir il keçəndən sonra da arxiv məlumat bazasından bütün lazımi məlumatı əldə edə biləcəksiniz.

"V.E.S. Consultancy LLC" konsaltinq şirkətinə müraciət etsəniz aşağıdakı üstünlükləri əldə edəcəksiniz:

  • Struktur bölməsinə qənaət: adətən, abunə xərcləri mühasibat ştatının saxlanması xərclərindən daha az olur;
  • Maliyyə risklərinin aradan qaldırılması: uçotun aparılması ilə bağlı bütün maliyyə risklərini bizim şirkətin üzərinə qoya bilərsiniz;
  • Vergiqoymanın qanuni şəkildə azaldılması yollarının axtarılması, qeyri-standart maliyyə-təsərrüfatı, hüquqi məsələlərə dair əlavə məlumatın alınması;
  • Mühasibat və vergi hesabatlarının təhvil verilməsi ilə bağlı yaranan yubanmaların aradan qaldırılması.

Bu, sizə sərf edirmi?

Mühasibat autsorsinqinin faydası artıq bütün dünyada qiymətləndirilmişdir. "V.E.S. Consultancy LLC" ixtisaslaşmış konsaltinq şirkəti tərəfindən göstərilən mühasibat xidmətləri hal-hazırda mühasibat xidmətləri bazarında ən əlverişlisi hesab olunur.

"V.E.S. Consultancy LLC" konsaltinq şirkətinə vergi uçotu şöbəsinin funksiyalarının verilməsi: ilkin sənədlər və ümumi mühasibat cədvəlləri əsasında vergilərin hesablanması, vergi deklarasiyalarının və digər hesabatların hazırlanması şirkətiniz üçün xüsusi maraq kəsb edə bilər.

"V.E.S. Consultancy LLC" konsaltinq şirkəti ən müasir və daim yeniləşən proqram təminatı ilə təchiz olunub. Bu, mühasibat uçotunu avtomatlaşdırılmış şəkildə aparmağa və müştərilərin öz gücü ilə yaradılan mühasibat bazalarında işi problemsiz davam etdirməyə imkan verir.

Məsləhətlər

Biznesiniz üçün mühasibat xidmətlərini peşəkarlara etibar etməklə Siz, hesabatların natamam, yubanma, nöqsan və ya səhvlərlə verilməsi barədə daha narahat olmayacaqsız. Vergi və mühasibat qanunvericiliyinin pozulması ilə bağlı cərimə və penyaları verməkdən qurtulacaqsız.

"V.E.S. Consultancy LLC" konsaltinq şirkətinin mütəxəssisləri bütün mühasibat hesabatlarını hazırlayıb vergi müfəttişliyinə, pensiya və sosial sığorta fondlarına, statistikaya təqdim edəcəklər.

"V.E.S. Consultancy LLC" şirkətinin işçi heyəti Azərbaycan qanunvericiliyinə müvafiq olaraq aşağıdakı xidmətləri göstərir:

  • Uçota qoyulma;
  • Mühasibat uçotunun aparılması;
  • Hesabatın hazırlanması, təhvil verilməsi;
  • Mühasibat uçotunun bərpa edilməsi;
  • Uçot sxemlərinin tərtibatı;
  • Mühasibat uçotuna dair məsləhətlərin verilməsi;
  • Müəssisələrin qeydiyyatı.