aze | eng | rus
ƏMLAKIN QİYMƏTLƏNDİRİLMƏSİ

ƏMLAKIN QİYMƏTLƏNDİRİLMƏSİ

Qiymətləndirmə – əmlakın bazarın konkret şəraitində vaxtın müəyyən məqamına olan qiymətinin müəyyənləşdirilməsidir.

Əmlakın qiymətləndirilməsi aşağıdakı hallarda lazımdır:

  • Alqı-satqı əməliyyatlarında;
  • Müəssisələr səhmləşdirildikdə və əmlak payları yenidən paylandıqda;
  • Yeni payçılar və əlavə səhm emissiyaları cəlb edildikdə;
  • Əmlak obyektlərinə: bina və torpaq ərazilərinə vergiqoyma prosesində;
  • Sığortada;
  • Girov qoymaqla kredit verildikdə;
  • Obyektlər müəssisə və təşkilatların nizamnamə kapitalına mülk şəklində daxil edildikdə;
  • İnvestisiya layihələrinin hazırlanmasında və investorların cəlb edilməsində;
  • Müəssisələr ləğv edildikdə;
  • Varislik hüququ həyata keçirildikdə;
  • Məhkəmə hökmü icra edildikdə;
  • Əmlak mübahisələri həll edildikdə.

“V.E.S. Consultancy LLC” şirkəti demək olar ki, hər növ əmlak obyektlərinin, o cümlədən:

  • Daşınmaz əmlakın;
  • Maşın və avadanlığın;
  • Avtonəqliyyat vasitələrinin;
  • Biznesin;
  • Qeyri-maddi aktivlərin;
  • Qiymətli kağızların;
  • Torpaq sahələrinin qiymətləndirilməsini həyata keçirir.

Qiymətləndirmənin məqsədi

Əmlakın qiymətləndirilməsi obyekt girov qoyulmaqla kreditləşmə (ipoteka), əmlakın nizamnamə kapitalına daxil edilməsi, sığorta, varisliyin rəsmiləşdirilməsi (notariusa təqdim etmək üçün), əmlakın bölüşdürülməsi, idarəetmə qərarlarının verilməsi (birləşdirilmə), dövlət əmlakının alınması, əsas vəsaitlərin yenidən qiymətləndirilməsi, zərərin qiymətləndirilməsi və sığorta haqqlarının ödənilməsi məqsədilə həyata keçirilir.

Müstəqil qiymətləndirmə ekspertizası obyektin müxtəlif qiymət növlərini müəyyən etməyə imkan verir:

  • Bazar qiymətini – obyektin açıq bazarda satılması zamanı ən çox ehtimal edilən qiymətini;
  • Bərpaedici qiymətini – qiymətləndirilən obyektə identik olan obyektin yaradılması zamanı sərf edilən vəsaitin bazar qiymətləri ilə məbləğini;
  • İnvestisiya qəymətini - qarşıya qoyulan investisiya məqsədlərində obyektin gəlirliyi ilə müəyyən edilən qiymətini.

Müxtəlif qiymət növlərinin müəyyən edilməsi Sizə obyektin real qiyməti barədə obyektiv məlumat verəcək və çox güman ki, idarəetmə qərarlarının verilməsi zamanı faydalı olacaqdır.

Qiymətləndirmə ekspertizası peşəkar qiymətləndirmə praktikasını müəyyən edən əsas sənədlərə əsasən həyata keçirilir.

Qiymətləndirmə ekspertizası yekunlaşandan sonra Sifarişçiyə qiymətləndirilən obyektin dəyərinin əsaslandırılmış izahı olan qiymətləndirmə hesabatı təqdim edilir.

Əmlakın qiymətləndirilməsi:

Əmlakın qiymətləndirilməsi ən çox rast gəlinən qiymətləndirmə növlərindən biridir. Əksər hallarda əmlakın qiyməti onun sahibi və ya alıcıları üçün ilk baxışdan aydın görünür, lakin bu obyektə aid olan bütün amillər peşəkar tərəfindən qiymətləndirildikdən sonra onun ilkin qiymətinə əhəmiyyətli dərəcədə düzəlişlər edilə bilər.

Maşın və avadanlığın qiymətləndirilməsi:

Maşın və avadanlığın peşəkar qiymətləndirilməsi hər bir müəssisənin texnoloji bazasını təşkil edən əsas fondların aktiv hissəsinin əsil qiymətini müəyyən etmək üçün ən başlıca, bəzən isə yeganə vasitədir.

Biznesin qiymətləndirilməsi:

Müəssisənin bazar qiymətinin müəyyən edilməsinə bütün aktivlərin: daşınmaz əmlakın, maşın və avadanlığın, anbar ehtiyatlarının, maliyyə yatırımlarının, qeyri-maddi aktivlərin qiymətləndirilməsi daxildir.

Qeyri-maddi aktivlərin qiymətləndirilməsi:

Qeyri-maddi aktivləri üç əsas qrupa bölmək olar: əqli mülkiyyət obyektləri (sənaye mülkiyyəti, nou-xau, müəlliflik hüququ obyektləri), təşkilati xərclər, işgüzar nüfuz (və ya qudvill).

Əqli mülkiyyətin qiymətləndirilməsi:

Əqli mülkiyyətin qiymətləndirilməsinə obyektlər müəssisənin nizamnamə fonduna daxil edildikdə, alqı-satqı əməliyyatları aparıldıqda və ya əqli mülkiyyətdən istifadə hüququnun verilməsi üzrə lisenziya müqaviləsi bağlandıqda, kompensasiya miqdarı müəyyən edildikdə, həmçinin mühasibat uçotunda müəssisənin əsas vəsaitlərinin qiyməti dəyişdirildikdə ehtiyac yaranır.

Qiymətli kağızların qiymətləndirilməsi:

Qiymətli kağızların qiymətləndirilməsi – qiymətləndirmə fəaliyyətindən yüksək səriştəlik tələb edən ən çox tələb olunan istiqamətlərdəndir.

Torpaq sahələrinin qiymətləndirilməsi:

Məskunlaşdırılan torpaqlar (şəhərlərin, kəndlərin və digər yaşayış məntəqələrinin) bazar məlumatlarının təhlili əsasında qiymətləndirilir. Kənd təsərrüfatı torpaq sahələrinin qiymətləndirilməsi kənd təsərrüfatı məhsullarının faktiki məhsuldarlığına əsasən aparılır.

İnvestisiya layihələrinin qiymətləndirilməsi:

İnvestisiya layihələrinin kompleks qiymətləndirilməsi layihələrin maliyyə qabiliyyətinin və onların iqtisadi effektliyinin qiymətləndirilməsini nəzərdə tutur. Beləliklə, investisiyanın məqsədyönlüyü barədə götür-qoy edən şəxsə düzgün qərarın verilməsi üçün bütün lazımi məlumatlar təqdim edilir. Bu zaman investisiya layihələrinin forma və məzmunu müxtəlif ola bilər – yeni müəssisənin tikintisi planından tutmuş, daşınmaz əmlakın alınmasının sərfəliliyinin qiymətləndirilməsinə qədər.

Təbii və mineral-xammal resurslarının qiymətləndirilməsi:

İstifadəsinin effektivliyi ilə bərabər ehtiyatların öyrənilmə və hazırlıq dərəcəsinin, yataqların mənimsənilmə mərhələləri başa çatdıqca vaxt baxımından əlverişliliyinin, mineral məhsulun qiymətinin, həmçinin elmi-texniki tərəqqinin təsirini nəzərə alan faydalı qazıntı ehtiyatlarının əlverişliliyinin qiymətləndirilməsi.

Əsas fondların yenidən qiymətləndirilməsi:

Vəsaitlərin yenidən qiymətləndirilməsi zamanı gəlir vergisi ilə əmlak vergisi arasında optimal nisbət əldə edilə bilər. Vəsaitlərin yenidən qiymətləndirilməsi, həmçinin investisiyalar cəlb edildikdə (məsələn, kredit alarkən girovun qiymətinin müəyyən edilməsi üçün və s.), ayrı-ayrı obyektlərin satılması (gəlir vergisi minimuma enir) və nizamnamə kapitalının artırılması planlaşdırıldıqda, o cümlədən məhsulun maya dəyərinin və qiymətinin formalaşdırılmasını dəqiqləşdirmək üçün maliyyə təhlili məqsədilə istifadə edilə bilər.

Qiymətləndirmə haqqında hesabatların ekspertizası:

Qiymətləndirmə haqqında hesabatın ekspertizası qiymətləndirmə nəticələrinin həqiqiliyinin və hesabatın özünün normativ sənədlərə uyğunluğunun yoxlanması məqsədilə həyata keçirilir. Qiymətləndirmə haqqında hesabatın ekspertizasına qiymətləndirmə üçün seçilmiş metodikanın düzgünlüyünün, ehtimalların, məhdudiyyətlərin və ilkin şərtlərin yoxlanması, aparılmış hesablamaların təhlili və qiymətləndirmə nəticələrinin həqiqiliyinin yekunları daxildir.

Debitor borclarının və ləğvetmə dəyərinin qiymətləndirilməsi:

Debitor borclarının qiymətləndirilməsinin əsas vəzifəsi – mühasibat uçotu məlumatlarının təhlilinə əsaslanan satış qiymətinin ən aşağı həddinin, yəni debitor borcunun satılması zamanı əldə edilməsi gözlənilən pul ekvivalentinin müəyyən edilməsidir.