aze | eng | rus
HÜQUQİ YARDIM

HÜQUQİ YARDIM

Hər bir şirkətin hüquqi dəstəklə təmin olunması, onun biznesinin təhlükəsizliyi deməkdir. Lakin ştatda hüquqşünasın saxlanması iqtisadi fayda baxımından heç də həmişə sərfəli deyil, kənardan mütəxəssislərin cəlb edilməsi çox vaxt daha əlverişli olur. Söhbət yalnız xərclərin azaldılmasından getmir, burada səriştə məsələsi də böyük rol oynayır. Yüksək səviyyəli hüquqşünasın işə götürülməsi heç də hər bir şirkətin imkanları daxilində deyil. Kənar məsləhətçilər isə bir çox müştərilərlə işləyir və hər gün müxtəlif, bəzən qeyri-adi vəziyyətlərlə rastlaşırlar. Bunun sayəsində onların təcrübəsi və peşəkarlığı daim artır. Hətta ştatda hüquqşünas və ya hüquq şöbəsi olduqda belə, bəzən müəssisəyə kənardan kömək lazım olur: məsələn, məsləhət, ekspert qiymətləndirməsi və ya meydana çıxan məsələlər barədə fikir mübadiləsi aparmaq üçün. Biz Sizin mütəxəssislərinizlə birgə hüquqi məsələlərinizi həll etməyə hazırıq, əgər ştatda hüquqşünasınız yoxdursa, biznesinizi tam şəkildə müşayiət etməyi öz üzərimizə götürə bilərik.

Hüquqi nizamlama məsələləri hər zaman işgüzar və təsərrüfat fəaliyyətinin digər aspektləri ilə sıx bağlı olur: məsələn, maliyyə, idarəetmə, informasiya, və nəhayət insan amili ilə. Problemləriniz hər zaman yalnız hüquqşünasların gücü ilə həll oluna bilməz. Odur ki, vəziyyəti kompleks şəkildə görməyinizə kömək edə bilərik: digər sahələrin mütəxəssisləri təhlil və tövsiyələrin hazırlanmasına hər an qoşulmağa hazırdır.

"V.E.S. Consultancy LLC" konsaltinq şirkətinin hüquq departamenti aşağıda göstərilən hüquqi xidmətlər təklif edir:

Müqavilə üzrə iş:

  • Müqavilələrin və xarici iqtisadi kontraktların tərtib edilməsi, hüquqi təhlili və müşayiəti;
  • Müqavilələrin bağlanması zamanı danışıqlarda iştirak (fikir ayrılığına dair protokolların tərtib edilməsi).

İddia tələbləri ilə iş:

  • Prosessual sənədlərin hazırlanması (şikayətlərin, şikayətlərə cavabların, iddia ərizələrinin, iddia ərizələrinə rəylərin, xahiş ərizələrinin, izahların və s.);
  • Debitor borcları, vergi mübahisələri, korporativ hüquqların, əmlak hüquqlarının, icarə hüquqlarının qorunması və s. işlərə dair bütün məhkəmə instansiyalarında təmsilçilik;
  • Yük daşınması zamanı nəqliyyat (daşınma) mübahisələri;
  • Vergi təftişi və digər dövlət idarəetmə və nəzarət orqanları ilə mübahisələrin tənzimlənməsi;
  • Məhkəmə qərarlarının icrasının hüquqi müşayiəti (icra xidməti ilə iş, dövlət icraçısının hərəkətləri ilə bağlı şikayətin verilməsi).

Maliyyə, valyuta, vergi və gömrük hüququ sahəsində xidmətlər:

  • Vergi qanunvericiliyi və vergi planlaşdırılmasına dair məsləhətlərin verilməsi;
  • Vergi və ya digər nəzarət orqanlarının yoxlama aktlarına etirazların hazırlanması;
  • Gömrük qanunvericiliyinə dair məsləhətlərin verilməsi;
  • Valyuta tənzimlənməsi sahəsinə dair məsləhətlərin verilməsi.

Müəssisələrin qeydiyyatı:

  • Bütün mülkiyyət formalarında müəssisələrin yaradılması məsələlərinə dair məsləhətlərin verilməsi;
  • Müəssisələrin, filialların, nümayəndəliklərin qeydiyyatı üzrə xidmətlər;
  • Layihələrin, təsisedici sənədlərin (nizamnamələrin, əsasnamələrin) hazırlanması üzrə xidmətlər;
  • Təsisedici sənədlərə dəyişikliklərin edilməsi və onların qeydiyyatı (keçmə, bağışlama, alqı-satqı, payın verilməsi, təsisçilərin dəyişməsi, ünvanın dəyişdirilməsi və s.)

Digər xidmətlər:

  • Müəssisələrə kompleks hüquqi xidmətin göstərilməsi;
  • Təsərrüfat fəaliyyətinin hüquqi məsələlərinə dair məsləhətlərin verilməsi;
  • Maraqlandıran məsələ üzrə hüquqi məlumatın axtarışı;
  • Biznesin idarə edilməsi, biznes proseslərinin qurulmasına dair məsləhətlərin verilməsi, təsərrüfatdaxili sənədlərin hazırlanması.