TƏRƏFDAŞLARIMIZ
"V.E.S. Consultancy LLC" Sizə strateji tərəfdaşını - "Java Investment Management PLC" təqdim edir
Milli sahibkarlığın inkişaf dinamikası bugün, daha çox sayda yerli sahibkarın və şirkətin xarici bazara yönəlməsi ilə xarakterizə olunur. Lakin ümumdünya inkişaf tendensiyalarından, işin və biznes-tərəfdaşlığın təşkili sahəsində bərqərar olmuş qaydalardan uzun müddət təcrid olunma yerli sahibkarların irəliləməsinə mane olur.
İşin aparılması sahəsində beynəlxalq praktikanın bütün qayda-qanunlarından xəbərdar olmaq, xaricdə işin qurulması üçün tövsiyə və paket həllər əldə etmək üçün etibarlı tərəfdaş lazımdır. Hər şeydən əvvəl, bunun üçün yerli sahibkara çoxsaylı maneələri keçməyə və beynəlxalq biznes sahəsində etibarlı istiqamət götürməyə kömək edən struktur olmalıdır. Bu missiyanı "Java Investment Management PLC" şirkəti öz üzərinə götürür və siz onun xidmət və təkliflərindən yararlana bilərsiniz.
"Java Investment Management PLC" aşağıdakıları həyata keçirir:
- Şirkətlərin Böyük Britaniya, İsveçrə, Lüksemburq, Fransa və Kiprdə qeydiyyatı və onların idarə edilməsi;
- Müxtəlif profilli offşor şirkətlərin qeydiyyatı;
- İnvestisiya layihələrinin geniş spektrinin Avropada təqdim edilməsi;
- Xarici investisiyalarınızın idarə edilməsi;
- Kapitallarınızın təhlükəsiz və rasional yerləşdirilməsi;
- Daşınmaz əmlakın, torpaq sahələrinin alınması və idarə edilməsi.
2006-cı ildə bu strukturla qurulmuş tərəfdaşlıq əlaqələri bizə "Java Investment Management PLC" şirkətinin yerli biznesin təşəkkülü və xarici investorun ölkəyə gəlməsinə, eyni zamanda yerli sahibkara beynəxalq biznes-cəmiyyətə inteqrasiyasına yardım göstərməsini söyləmək imkanı verir. "Java Investment Management PLC" dəstəyi ilə Siz, qəbul edilmiş sivil qaydalara müvafiq olaraq təşəbbüslərinizi xaricdə həyata keçirə və biznesinizi inamla qura bilərsiniz.
"Java Investment Management PLC"-Sizin xaricdəki biznesinizin əsasıdır.
MÜŞTƏRİLƏRİMİZİN BİR QİSMİNİ DİQQƏTİNİZƏ TƏQDİM EDİRİK
|
|
|
