ŞƏXSİ HEYƏT
Bəşirov Xəqani
Şirkətin prezidenti və təsisçisi
Azərbaycan Dövlət Xarici Dillər İnsitutunun fransız dili fakültəsini bitirmişdir.
Avropa bazarlarında şirkətin maraqlarını təmsil edir. Daima yaradıcı qabiliyyətindən, innovasiyalardan və qabaqcıl təcrübədən istifadə etməklə şirkətə strateji rəhbərliyi həyata keçirir, bu da yaxşı nəticələr gətirən biznes-həlləri yaratmağa və tətbiq etməyə imkan verir.
"Şirkətimizin imicinin dəyişməsinin əsasında onun Azərbaycanın yerli və xarici şirkətlərinə bir konsaltinq xidmətinin göstərilməsindən kompleks konsaltinq xidmətlərinin göstərilməsinə keçid durur. Bizim şirkət vahid, yaxşı sazlanmış mexanizm kimi işləyir, uğur qazanmağımızın məğzi də elə budur. Komandamızın üzvləri ölkənin aparıcı institut və universitetlərini bitirmiş və iri yerli və xarici şirkətlərdə peşəkarlıq təcrübəsi əldə etmişlər. Əməkdaşlarımız yüksək səy və qətiyyətə malikdirlər, bunsuz da heç bir layihəni uğurla həyata keçirmək olmaz. Biz bu sahədə peşəkarcasına işləyir və müştərilərimizin məsələlərinin səmərəli həll edilməsi üçün bizə lazım olan hər şeyi bilirik…"
Tahirov Fuad
Hüquq məsələləri üzrə direktor
Azərbaycan Dövlət İqtisad Universitetinin «İqtisadiyatın Hüquqi Tənzimlənməsi» ixtisası üzrə «Dövlət Tənzimlənməsi» fakültasıni bitirərək magistr elmi dərəcəsi almışdır.
Azərbayjan, ingilis və rus dillarini bilir.
Şirkəttə 2003-cü ildən işləir.
Kərimov Vəli
Maliyyə məsələləri üzrə direktor
Azərbaycan İqtisad Universitetinin uçot-iqtisadiyyat fakültəsini bitirmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin İstehlak bazarı və xidmətlər Departamentinin Baş Ticarət və İctimai İaşə İdarəsində işləmişdir.
2001-ci ildən şirkətdə işləyir.
"Biz tərəqqi naminə işləyirik, odur ki, peşəkarlıq və çeviklik bizi fərqləndirən keyfiyyətlərdir ".
Buniyatov Bəşir
Kommersiya məsələləri üzrə direktor
Azərbaycan Dövlət Xarici Dillər Universitetinin tərcüməçilik fakültəsini bitirmişdir. İngilis və fransız dilləri üzrə tərcüməçidir.
Şirkətin ilk işçilərindən biridir, ayrı-ayrı illərdə müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.
İnformasiya təminatı departamentinin fəaliyyətini, tərcüməçilərlə və kənar təşkilatlarla işi, xidmətedici təşkilatlarla qarşılıqlı münasibətləri, dövlət orqanlarında şirkətin mənafeyinin təmsil edilməsini əlaqələndirir, Azərbaycan Respublikasının Qanunvericiliyinin məlumat bazasının alıcıları ilə birbaşa əlaqələri həyata keçirir.
1992-ci ildən şirkətdə işləyir.
"VES Consultancy" şirkəti kadrlar yetişdirən bir məktəbdir. Azərbaycanın bir çox iri şirkətlərinin rəhbər işçiləri və habelə dövlət xadimləri bir vaxtlar bizim işçilərimiz olmuş və hal-hazırda bizim fəxri müştərilərimizdir.
Əhmədbəyov Rauf
İnzibati məsələlər üzrə direktor
Azərbaycan Dövlət Universitetini bitirmişdir. Milli təhlükəsizliyi orqanlarında işləmişdir. Polkovnik rütbəsində istefaya çıxmışdır. Bir sıra dövlət mükafatlarına layiq görülmüşdür.
2005-ci ildən şirkətdə işləyir.
"Əməkdaşların və müştərilərin təhlükəsizliyini və habelə şirkətin vəsaitlərinin qorunmasını öz fəaliyyətimin əsas istiqamətlərindən biri sayıram".
Daşdəmirov Ələkbər
Prezidentin Dövlət təşkilatları üzrə məsləhətçisi
Təhsili üzrə şərqşünasdır.
Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində, sonra isə Bakı şəhəri İcra Hakimiyyəti aparatının Baş Xarici Əlaqələr İdarəsində işləmişdir.
2001-ci ildən şirkətdə işləyir.
"Şirkəti öz evim sayıram, odur ki, bütün bilik və təcrübəmi onun daha da çiçəklənməsinə həsr etməyə hazıram".
Kiçibəyova Leyla
Mühasibat uçotu departamentinin rəhbəri Baş mühasib
Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir.
Bir sıra iri şirkətlərdə baş mühasib vəzifəsində böyük iş təcrübəsinə malikdir.
1999-cu ildən şirkətdə işləyir.
"Bizim şirkət ən yaxşı konsaltinq şirkətlərindən biridir. Mənə elə gəlir ki, "VES Consultancy" şirkətinin konsaltinq xidmətləri bazarında öndər olmaq üçün bütün imkanlara malikdir".
Tağıyeva Səbinə
Layihələr və konsaltinq məsələləri üzrə Departamentin rəhbəri
Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişdir.
Mühasibat biznesi və maliyyə menecmenti üzrə treninqləri müvəffəqiyyətlə keçmişdir.
Bir çox beynəlxalq diplomları və setifikatları vardır.
Elmi-tədqiqat Neft və Qaz İnstitutunda və habelə "JSCB MBank"-da işləmişdir.
Maliyyə menecmenti və mühasibatlıqda böyük iş təcrübəsinə malikdir.
1997-ci ildən şirkətdə işləyir.
Bütün yeni layihələri əlaqələndirir və yeni müştərilərlə iş aparır.
"Şirkətimizin əsas vəzifəsi hər yeni müştəri simasında uzun illər üçün yeni işgüzar tərəfdaş əldə etməkdir".
Hüseynova Elina
İnformasiya təminatı departamentinin müdiri
Moskva Poliqrafiya İnstitutunun redaktor fakültəsini bitirmişdir.
"Bakinski raboçi" qəzetində, "Azərnəşr" nəşriyyatında işləmişdir.
1998-ci ildən şirkətdə işləyir.
Müştərilərlə Azərbaycan Respublikasının qanunvericilik aktlarının informasiya təminatı məsələləri üzrə əlaqə saxlayır.
"Hüquqi hökumət qanun əsasında qurulur və onun vətəndaşlarının hüquqi biliklərinə istinad edir. Bizim də vəzifəmiz bu bilikləri mümkün qədər geniş əhali kütləsinə çatdırmaqdır".
Qaqnidze Vladimir
İnformasiya texnologiyaları üzrə inzibatçı
Bakı ali kompüter kollecini, Microsoft Windows 2000 Network & Operating System Essentials implementing Microsoft Windows 2000 professional & Server kurslarını keçmişdir. N.E.Bauman adına MDTM-nin nəzdində "İxtisas" kompüter təlimi Mərkəzində sertifikasiya kursunu müvəffəqiyyətlə bitirmişdir.
"News of Ministry of Economic Relation" jurnalında dizayner, "Şərq" informasiya agentliyində informasiya texnologiyaları üzrə mütəxəssis işləmişdir.
Həm şirkət daxilində, həm də onun çoxsaylı müştərilərinin kompüterlərində Azərbaycan Respublikası Qanunvericiliyinin məlumat bazasının qüsursuz işləməsi üçün bütün texniki problemləri həll edir.
1996-cı ildən şirkətdə işləyir.
"Kompüter, informasiya texnologiyaları sahəsində biliklərə yiyələnmədən cəmiyyət inkişaf edə bilməz. Biz müştərilərə onların biznesinin uğurla inkişaf etməsinə köməklik göstəririk."
