aze | eng | rus

ŞİRKƏT HAQQINDA

Şirkətimizin təklif etdiyi xidmətlər barədə danışmazdan əvvəl onun öz işində hansı qayələri üstün tutduğunu və ümumiyyətlə, digərlərindən nə ilə fərqləndiyini başa düşmək lazımdır.

Tariximiz

Azərbaycanda konsaltinqin yaranma tarixi həm də bizim tariximizdir. Bu isə 1991-ci ildə ilk milli konsaltinq şirkəti rəsmi qeydiyyatdan keçdiyi gündən başlanmışdır. Bu, 2006-cı ilin noyabrına qədər "VneshExpertService" kimi tanınan və sonradan "V.E.S. Consultancy LLC" şirkəti adlanan şirkətdir. Keşməkeşli və coşub-çağlayan 90-cı illər bir çox ölkələrin iqtisadiyyatına yeniliklər gətirdi. Azərbaycan da bu baxımdan istisna olmadı. Bazarda yeni oyunçuların meydana çıxması ilə təşkilatlara sabit mövqe tutmağa və iş prosesini səhmana salmağa kömək edə biləcək əlavə xidmətlərə kəskin zərurət yarandı. Məhz bu mərhələdə "V.E.S. Consultancy LLC" təsis edildi.

Biz Azərbaycanda yaranan ilk konsaltinq şirkəti idik. Birinci olmaq isə heç də həmişə asan olmur. Fəaliyyət göstərdiyimiz illər ərzində biz müxtəlif problemlərlə üzləşirdik. Onları həll etmək üçün daim öz üzərimizdə işləmək, maksimum diqqətli olmaq lazım gəlirdi. Gərgin əməyimiz yavaş-yavaş öz bəhrəsini verməyə başladı, ilkin mərhələdə məşhur beynəlxalq şirkətlərlə əməkdaşlıq quruldu və Azərbaycan bazarına daxil olmaq üçün onlara yardım göstərildi.

Biz həmişə müştərilərin etibarını və xarici tərəfdaşlarımızın etimadını qazanmaqla, yerli şirkətlərə nəinki Azərbaycanda möhkəm mövqe tutmaq, həm də beynəlxalq bazarlara çıxmalarına kömək etmək üçün maksimum səylər göstəririk. Beləliklə, "V.E.S.Consultancy LLC" şirkəti biznes dünyasının, bir növ, bələdçisinə çevrildi.

Bu illər ərzində həm iqtisadi sektorlarda, həm də işgüzar mühitdə çox şeylər dəyişdi, o cümlədən də biz. Qazanılmış təcrübə və illərlə formalaşmış mütəxəssis heyəti sayəsində nəinki sərt rəqabətə davam gətirdik, həm də qarşımızda yeni üfiqlər açıldı. Biznes həmişə inkişaf etdiyindən, biz də onunla birlikdə inkişaf edirik. İstehlakçıların sorğularına operativ cavab verərək, fəaliyyət dairəmizi və göstərilən xidmətlərin siyahısını durmadan genişləndiririk. Əlbəttə, biz bu sahədə fəaliyyət göstərən yeganə şirkət deyilik, lakin birinci olduğumuza görə başqaları açdığımız cığırla gedir. Odur ki, biz biznesimiz üçün ən düzgün ideya və həlləri tapmağa və həyata keçirməyə çalışırıq.

Bütün dövrlərdə sabitlik müvəffəqiyyətin rəhni olmuşdur. "V.E.S. Consultancy LLC" artıq 20 ilə yaxındır ki, Azərbaycanın aparıcı konsaltinq şirkətlərindən biridir və biznes, idarəetmə sahələrində peşəkar kompleks konsaltinq xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmışdır.

Bizim işimiz:

  • Hüquqi müşayiət;
  • Mühasibat uçotunun aparılması və maliyyə məsələləri üzrə məsləhətlərin verilməsi;
  • Tərcümə;
  • Azərbaycan Respublikası qanunvericiliyinin dolğun məlumat bazasının təqdim edilməsi;
  • Qiymətləndirmə;
  • İdarəetmə konsaltinqi;
  • İşçi heyətiin seçilməsi;
  • Marketinq tədqiqatlarının aparılması;
  • Müştəri layihələrinin dəstəklənməsi vəs.

Məqsədimiz mülkiyyət formasından asılı olmayaraq, bütün müəssisələrə fəaliyyət effektliliyinin artırılmasına və maksimum iqtisadi nəticələrin əldə edilməsinə kömək etməkdir.

Əməkdaşlarımız hüquq, audit, kadr işləri sahəsində ixtisaslaşmış mütəxəssislərdən ibarətdir. Kadrların seçilməsi zamanı tətbiq etdiyimiz sistem yanaşma isə, iri layihələrlə işlərdə xüsusilə effektlidir.

Qazanılmış təcrübə sayəsində xidmətlərimizin spektri və coğrafiyası ildən-ilə yenilənir və genişlənir.

Hal-hazırda Bakı, Gəncə, Moskva, Astana, Tbilisi, Paris, Lüksemburq, London və Toronto şəhərlərində şirkətimizin nümayəndəlikləri fəaliyyət göstərir.

Müştərilərimiz sırasında 150-dən artıq yerli və xarici şirkət, həmçinin dövlət qurumları, təşkilat və özəl sahibkarlar vardır.

"V.E.S. Consultancy LLC" şirkətini seçməklə siz problemlərinizin tez və effektiv həllinə nail olacaq, fərdi yanaşma və tələblərinizə uyğun qiymət siyasəti əldə edəcəksiniz. Sifariş və istəklərinizdən asılı olaraq, Sizə kompleks şəkildə və ya konsaltinqin hər bir növü üzrə xidmət göstəriləcək.